Türkiyəli ekspert : "Ermənistanın türkofobiya təxribatının heç bir faydası olmayacaq"

Türkiyəli ekspert : "Ermənistanın türkofobiya təxribatının heç bir faydası olmayacaq" "Azərbaycan Prezidenti İlham Əliyevin CNN TÜRK televiziyasına verdiyi müsahibəni 3 sahədə qiymətlləndirmək mümkündür: - Rusiya - Ermənistan, Azərbaycan -Türkiyə və Azərbaycan - Ermənistan münasibətləri.
Xarici siyasət
17 Avqust , 2021 15:50
Türkiyəli ekspert : Ermənistanın türkofobiya təxribatının heç bir faydası olmayacaq
Murad Jane

"Azərbaycan Prezidenti İlham Əliyevin "CNN Türk" televiziyasına verdiyi müsahibəni üç istiqamətdə qiymətləndirmək mümkündür: Rusiya - Ermənistan, Azərbaycan -Türkiyə və Azərbaycan - Ermənistan münasibətləri.

Əvvəla, Ermənistanın xüsusilə Rusiya ilə əlaqələrinin tarix boyunca yaxşı olduğu məlum idi, amma son dövrlər Rusiyanın Azərbaycanla daha da güclənən əlaqələri Ermənistanın şansını olduqca azaldıb".

Bu fikirləri "Report"un yerli bürosuna açıqlamasında İstanbul Aydın Universitetinin siyasi elmlər fakültəsinin doktoru, Qlobal Sülh və Demokratiya Mərkəzinin rəhbəri Murad Jane bildirib.

O, Azərbaycan liderinin uzun illər ərzində qonşularla və dünya ölkələri ilə yaxşı və sağlam əlaqələr qurduğunu, bununla yanaşı, ölkənin Türkiyə və Rusiya ilə müdafiə sənayesi sahəsindəki güclü əməkdaşlığının Azərbaycanın nüfuzunu gücləndirdiyini qeyd edib:

"Bütün bunlardan başqa, son dövrlər Rusiya sülhməramlılarının Laçın dəhlizində laqeydcəsinə xidmət aparmasına dair bəzi faktlar da mövcuddur. Hesab edirəm ki, Azərbaycanın dövlət başçısı İlham Əliyevin verdiyi mesajlardan biri də məhz bu məsələ ilə bağlıdır", - o bildirib.

Uzun illər ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətinin effektsizliyini vurğulayan ekspert Ermənistanın əvvəllər olduğu kimi indi də təxribatla məşğul olduğunu deyib:

"Ermənistanın türkofobiya və islamofobiya çərçivəsində təxribatlarını artırmasının nə özünə, nə də regionun gələcəyinə faydası olacaq".

Son xəbərlər

Orphus sistemi