“Ermənistanın azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər bizi dəhşətə gətirib”.
“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Yüksel Özkan Qərbi Azərbaycan İcmasında keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan xalqının milli-mədəni irsi, tarixi abidələri ilə yanaşı qəbiristanlıqlar da dağıdılıb: “Qəbirlər qazılaraq basdılıran cəsədlərin qızıl dişləri çıxarılıb. Qardaş ölkələr olaraq, bir də bu cür hadisələrin yaşanmaması üçün nələr etməli olduğumuzu düşünməliyik. Hesab edirəm ki, diasporumuzla işi düzgün qurmalı və ölkələrimizdən kənarda haqq səsimizi bütün dünyaya çatdırmalıyıq. Fikrimcə, daha sonra atılacaq digər addımlarla əlaqədar da fikir mübadiləsi aparmalıyıq”.