Türkiyəli deputat: “Erməni deputatlar son otuz ildə tutduqları yoldan çəkinməyiblər”

Türkiyəli deputat: “Erməni deputatlar son otuz ildə tutduqları yoldan çəkinməyiblər” “Erməni deputatları son otuz ildə tutduğu yoldan çəkinməyiblər”.
Xarici siyasət
25 Yanvar , 2021 17:34
Türkiyəli deputat: “Erməni deputatlar son otuz ildə tutduqları yoldan çəkinməyiblər”
Yıldız Ahmet

“Erməni deputatlar son otuz ildə tutduğu yoldan çəkinməyiblər”.

“Report”un Fransa bürosu xəbər verir ki, bunu Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Yıldız Ahmet AŞPA-nın bu gün işə başlayan qış sessiyası zamanı Ermənistanın qurumdakı nümayəndə heyətinin üzvünün çıxışına münasibət bildirərkən deyib.

“Mən təəssüflə müşahidə edirəm ki, Ermənistanın AŞPA-dakı nümayəndə heyəti son otuz ildə tutduğu yoldan çəkinməyib. Yaxşı olardı ki, Ermənistan deputatları azərbaycanlarla birgə işləməyə başlasınlar. Yalnız bu halda son illərdəki böhran vəziyyəti arxada qalmış olar. Hər bir halda hüquqi dövlət və beynəlxalq hüquq qanunlarının tətbiqi başlıca şərtdir”, - deputat bildirib.

Son xəbərlər

Orphus sistemi