Türkiyəli analitik: "Azərbaycan erməni təcavüzünü "dəmir yumruq"la aradan qaldırıb"

Türkiyəli analitik: "Azərbaycan erməni təcavüzünü "dəmir yumruq"la aradan qaldırıb" "Azərbaycanın 30 ilə yaxın zaman ərzində işğal atında olmuş torpaqlarını azad etməsi, fundamental və hüquqi statusun təmin olunmasıdır. Bu mənada Azərbaycanın ATƏT-in Minsk qrupunun 3 həmsədr ölkəsinin problemi dondurması və həlli yollarını uzatmasını qəb
Xarici siyasət
17 Avqust , 2021 08:07
Türkiyəli analitik: Azərbaycan erməni təcavüzünü dəmir yumruqla aradan qaldırıb
Ragıp Kutay Karaca

"Azərbaycanın 30 ilə yaxın zaman ərzində işğal atında olmuş torpaqlarını azad etməsi, fundamental və hüquqi statusun təmin olunmasıdır. Bu mənada Azərbaycanın ATƏT-in Minsk qrupunun 3 həmsədr ölkəsinin problemi dondurması və həlli yollarını uzatmasını qəbul etməməsi vacib faktordur".

Bu fikirləri "Report"un yerli bürosuna açıqlamasında türkiyəli siyasi şərhçi, prof.dr Ragıp Kutay Karaca bildirib.

Politoloq qeyd edib ki, digər vacib faktorlardan biri də Türkiyə və Rusiyanın bu məsələ ilə bağlı yürütdüyü diplomatiyanın Qarabağda Azərbaycan lehinə nəticələnməsidir:

"Bu nəticə etibarilə, Minsk qrupunun iki həmsədr ölkəsi - ABŞ və Fransanın süründürmə və prosesi dondurmağa hesablanmış siyasətinin sonu gəldi".

"Bu gün Azərbaycanın dövlət başçısı İlham Əliyev öz əzmi, qətiyyəti hesabına və Türkiyə ilə Rusiyanın müsbət yanaşması ilə keçmiş Qarabağ problemini BMT-nin irəli sürdüyü tələblərə cavab verərək həll etdi".

Siyasi şərhçi Ragıp Kutay Karaca qeyd edib ki, indiki vəziyyətdə Ermənistanın yenidən Azərbaycan torpaqlarına təcavüz etmə ehtimalı yoxdur. Erməni faşizmi ilə bağlı bu ehtimalı Azərbaycanın "dəmir yumruğu" aradan qaldırıb:

"Əgər Ermənistan tərəfindən buna ağılsızcasına cəhd edilərsə, bu dəfəki müharibə Ermənistan-Azərbaycan savaşı sferasından çıxaraq, regiondakı bütün gücləri birbaşa olaraq məsələyə daxil edəcək".

Ragıp Kutay Karacanın sözlərinə görə, İlham Əliyevin ötən gün Türkiyənin CNN TÜRK televiziyasına verdiyi müsahibədə diqqətçəkən ən önəmli məqamlardan biri də, Azərbaycan liderinin Ermənistanın delimitasiya və demarkasiya işlərinə başlaması ilə, Azərbaycan-Ermənistan münasibətlərinin diplomatik cəhətdən rəsmiləşəcəyini bildirməsidir:

"Bu çox önəmli məqamdır. Ermənistanın sərhəd xəttinin 75%-i Azərbaycan və Türkiyə ilədir. Bu mənada Ermənistan Azərbaycan Prezidenti İlham Əliyevin müasir düşüncəyə uyğun, diplomatik və ağıllı təklifini qəbul etməklə özünü günü-gündən kasıblaşan, üfüqləri daralan dövlət kateqoriyasından çıxara bilər. Bununla da, Türkiyə, Azərbaycan və digər region dövlətləri ilə ticarət əlaqələri, loqistik münasibətləri, iqtisadi vəziyyəti normallaşa bilər, bundan da ən çox qazanan elə erməni xalqı olacaq", - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi