Türkiyədən qayıda bilməyən Azərbaycan vətəndaşlarının durumu barədə rəsmi açıqlama

Türkiyədən qayıda bilməyən Azərbaycan vətəndaşlarının durumu barədə rəsmi açıqlama “Miqros” mağazalar şəbəkəsi vasitəsilə təqribən 21 000ədəd ərzaq paketi təmənnasız olaraq Türkiyədəki Azərbaycan vətəndaşlarına təqdim edilib, onlara 3 000-dən artıq mənzildə müvəqqəti yaşayış hüququ verilib.
Xarici siyasət
1085
20 İyul , 2020 11:15
Türkiyədən qayıda bilməyən Azərbaycan vətəndaşlarının durumu barədə rəsmi açıqlama
0 : 00
0 : 00

Türkiyədəki 15 mindən çox Azərbaycan vətəndaşına “Miqros” mağazalar şəbəkəsi vasitəsilə təqribən 21 000 ədəd ərzaq paketi təmənnasız olaraq təqdim edilib, onlara 3 000-dən artıq mənzildə müvəqqəti yaşayış hüququ verilib.

“Report” xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Türkiyədəki səfirliyi yayıb.

Məlumatda bildirilib ki, Türkiyədə geniş yayılmış yeni növ koronavirus pandemiyası (COVID-19) ilə bağlı bu ölkədə həyata keçirilən karantin tədbirləri və hərəkətin məhdudlaşdırılması şəraitində iki ölkə arasında səfərlər bərpa edilənədək, ölkə rəhbərliyinin tapşırığına əsasən, Türkiyəyə müvəqqəti gəlmiş və Vətənə dönə bilməyən, bəzi məişət və inzibati zəminli problemlərlə üzləşən Azərbaycan Respublikasının vətəndaşlarına, o cümlədən şəxsi vəsaitləri hesabına Türkiyədə təhsil alan və maddi imkanları məhdud olan tələbələrimizə dəstək göstərilməsi məqsədi ilə cari ilin 1 aprel-20 iyul tarixlərində Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə yardım kampaniyası həyata keçirilib.

Hazırda Azərbaycanla Türkiyə arasında hava nəqliyyatı xüsusi uçuşlarla bərpa olunub.

Son xəbərlər

Orphus sistemi