Türkiyədəki 15 mindən çox Azərbaycan vətəndaşına “Miqros” mağazalar şəbəkəsi vasitəsilə təqribən 21 000 ədəd ərzaq paketi təmənnasız olaraq təqdim edilib, onlara 3 000-dən artıq mənzildə müvəqqəti yaşayış hüququ verilib.
“Report” xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Türkiyədəki səfirliyi yayıb.
Məlumatda bildirilib ki, Türkiyədə geniş yayılmış yeni növ koronavirus pandemiyası (COVID-19) ilə bağlı bu ölkədə həyata keçirilən karantin tədbirləri və hərəkətin məhdudlaşdırılması şəraitində iki ölkə arasında səfərlər bərpa edilənədək, ölkə rəhbərliyinin tapşırığına əsasən, Türkiyəyə müvəqqəti gəlmiş və Vətənə dönə bilməyən, bəzi məişət və inzibati zəminli problemlərlə üzləşən Azərbaycan Respublikasının vətəndaşlarına, o cümlədən şəxsi vəsaitləri hesabına Türkiyədə təhsil alan və maddi imkanları məhdud olan tələbələrimizə dəstək göstərilməsi məqsədi ilə cari ilin 1 aprel-20 iyul tarixlərində Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə yardım kampaniyası həyata keçirilib.
Hazırda Azərbaycanla Türkiyə arasında hava nəqliyyatı xüsusi uçuşlarla bərpa olunub.