Türkiyədə Zəfər Günü və Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə musiqi axşamı keçirilib

Türkiyədə Zəfər Günü və Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə musiqi axşamı keçirilib İstanbulda 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Zəfərin birinci ildönümü ​və dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə musiqi axşamı keçirilib.
Xarici siyasət
13 Noyabr , 2021 21:27
Türkiyədə Zəfər Günü və Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə musiqi axşamı keçirilib

İstanbulda 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Zəfərin birinci ildönümü ​və dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə musiqi axşamı keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, tədbir Azərbaycanın İstanbuldakı Baş Konsulluğu və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə baş tutub.

Konsertdə İstanbulda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, mədəniyyət naziri Anar Kərimov, Türkiyənin mədəniyyət və turizm nazirinin birinci müavini Ahmet Misbah Demircan, ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov və İstanbuldakı Baş konsulumuz Nərminə Mustafayeva iştirak edib.

Tədbirdə fondun himayəsi altında yaradılan “Dədə Qorqud” kamera orkestrinin ifasında Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Niyazi, Asəf Zeynallı, Qara Qarayev, Vaqif Adıgözəlov, Həsən Rzayev, Arif Məlikov, Fərhad Bədəlbəyli kimi görkəmli musiqiçilərin əsərləri səsləndirilib.

Musiqi gecəsinin bədii rəhbəri və dirijoru Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovdur.

Son xəbərlər

Orphus sistemi