Ötən ilin oktyabrından bəri Türkiyədə yaşayan 6650 Azərbaycan vətəndaşına konsulluq və digər hüquq yardım göstərilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, onlardan 3284 nəfərin pasport rəsmiləşdirilməsi, 695 nəfərin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi, 522 nəfərin fərdi identifikasiya nömrəsinin əldə olunması üzrə sorğuları icraata yönəldililib və 48 nəfər şəxsdən bioloji valideynlik analizi götürülüb. 522 konsulluq əməliyyatı (subaylıq arayışı, doğumun qeydə alınması, nikahın qeydə alınması, tərcümənin təsdiqi və atalığın müəyyən edilməsi) həyata keçirilib. Bununla yanaşı, 1579 şəxsin müraciəti ilə bağlı müvafiq maarifləndirmə işləri aparılıb.