Yuxarı

Türkiyədə ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə xatirə tədbiri keçirilib

Çıxışlarda ulu öndərin ölkəmizə əvəzsiz xidmətlərindən bəhs edilib

Bakı. 9 may. REPORT.AZ/ Ümummilli Lider Heydər Əliyevin doğumunun 93-cü ildönümü münasibətilə Ankaranın Yenimahallə rayonunda yerləşən möhtəşəm Heydər Əliyev Parkında  xatirə tədbiri həyata keçirilib. Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyindən "Report"a verilən məlumata görə, tədbirdə səfirliyin əməkdaşları, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, Yenimahallə rayonunda yerləşən Heydər Əliyev Məktəbinin şagird və müəllim kollektivi, eləcə də onların ailələri, Ankarada təhsil alan tələbə və müdavimlərimizlə yanaşı çoxlu sayda diaspor və KİV nümayəndələri iştirak ediblər.

İlk olaraq səfir Faiq Bağırov başda olmaqla tədbir iştirakçıları ümummilli lideri Heydər Əliyevin heykəli önünə çiçəklər qoyublar və onun mənəvi hüzuru önündə baş əyiblər.

Daha sonra tədbir ümummilli liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından iki qardaş ölkə himnləri səsləndirilib. Heydər Əliyev Məktəbinin müdiri Necattin Şengəzər, tələbə və müdavimlər, həmyerlimiz Professor Rahilə Şükürova, Türkiyə Respublikası prezidentinin Baş müşaviri Yalçın Topçu və Azərbaycan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri çıxışlarda ulu öndərin əvəzedilməz dahi şəxsiyyəti və Azərbaycan-Türkiyə münasibətlərinin güclənməsindəki əhəmiyyətli rolundan bəhs ediblər.

Natiqlər çıxışlarında, ulu öndərin ölkəmizə əvəzsiz xidmətlərindən, təhsilə və gənclərə verdiyi əhəmiyyətdən fikirlər səsləndirərək, onun Sovet İttifaqı zamanı da daxil olmaqla Azərbaycanın müstəqilliyini yenidən əldə etməsindən sonrakı dövrdə ölkəmizə etdiyi əvəzsiz xidmətlərdən, azərbaycançılıq məfkurəsinin formalaşmasındakı rolundan və beynəlxalq aləmdə Azərbaycanın özünəməxsus yer tutmasında olan səylərini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Çıxışlardan sonra, ulu öndərimizin anadan olmasının 93-cü ildönümü münasibətilə Heydər Əliyev Məktəbinin şagirdləri arasında təşkil olunmuş rəsm, inşa ve şeir müsabiqəsinin qaliblərinə səfirlik tərəfindən hədiyyələr təqdim olunub. Daha sonra Heydər Əliyev Məktəbinin şagirdləri Azərbaycan musiqiləri ilə rəqslər nümayiş etdiriblər.

Türkiyə Respublikası Baş Nazirinin müavinləri Numan Kurtulmuş, Lütfi Elvan və Ətraf mühit-şəhərsalma naziri Fatma Güldəmət Sarının tədbirə ünvanladıqları məktubları  oxunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi