Türkiyədə koronavirusa yoluxan azərbaycanlıların sayı bilindi - RƏSMİ

Türkiyədə koronavirusa yoluxan azərbaycanlıların sayı bilindi - RƏSMİ Türkiyədə yaşayan 11 azərbaycanlı koronavirusuna yoluxub.
Xarici siyasət
1201
8 May , 2020 14:45
Türkiyədə koronavirusa yoluxan azərbaycanlıların sayı bilindi - RƏSMİ

"Türkiyədə yaşayan 11 azərbaycanlı koronavirusuna yoluxub". 

Bunu "Report"un yerli bürosuna Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib. 

Onun sözlərinə görə, koronavirusa yoluxan həmvətənlərimizdən 6-sı sağalaraq xəstəxanadan evə buraxılıb: "Hazırda digər 5 nəfərin müalicəsi hələ də davam edir. Onların vəziyyəti sabitdir". 

X.İbrahim səfirlik işçilərinin mütəmadi olaraq onlarla əlaqə saxladığını və bütün lazımı dəstəyi verdiyini deyib.

Müxbir: Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi