Sabah, aprelin 25-də Türkiyədə Cümhuriyyətin qurulmasının və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı konfrans keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycanın Türkiyədəki səfirliyinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbir İhsan Doğramacı Bilkent Universitetində baş tutacaq.
Konfransda səfir Rəşad Məmmədov, İhsan Doğramacı Bilkent Universitetinin rektoru Kürşat Aydoğan, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və başqaları iştirak edəcəklər.