Türkiyə XİN: "Elə nəticə əldə olunmalıdır ki, bütün regionda daimi sülhü təmin etsin"
Xarici siyasət
- 12 avqust, 2022
- 06:13
“Regiondakı hadisələrin müsbət və ya mənfi təsirləri strateji reallıqdır”.
“Report” xəbər verir ki, bunu “Anadolu”ya Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
Nazirliyin adını açıqlamayan səlahiyyətli diplomatı deyib ki, rəsmi Ankaranın hədəf və məqsədi ancaq Türkiyə-Ermənistan, yaxud Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması deyil: “Biz regional sabitliyin təmin olunmasını istəyirik. Elə nəticə əldə olunmalıdır ki, bütün regionda daimi sülhü təmin etsin”.
Diplomat, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Baş naziri Nikol Paşinyanın və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ermənistanlı həmkarı Ararat Mirzoyanın telefon danışığının konstruktiv keçdiyini söyləyib.
Son xəbərlər
20:32
İsrailin dron hücumu nəticəsində Livanda "Hizbullah"ın iki döyüşçüsü həlak olub
Digər ölkələr20:19
Ermənistanın Baş naziri yük tranzitinin bərpasına görə Azərbaycana təşəkkür edib
Region20:12
Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub
Komanda20:01
Azərbaycan boksçuları Türkiyədə keçirilən dostluq turnirində 32 medal qazanıblar
Fərdi19:53
ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirib
Digər ölkələr19:46
Foto
"Harmoniya" sənədli filminin təqdimatı keçirilib
İncəsənət19:42
Qurbanqulu Berdiməhəmmədov: Türkmənistan-Azərbaycan əməkdaşlığı bundan sonra da inkişaf edəcək
Xarici siyasət19:26
Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib
Futbol19:18
Foto