Yuxarı

Türkiyə XİN başçısı Bakıda Xocalı qurbanlarının abidəsini ziyarət edəcək

Mövlud Çavuşoğlunun Azərbaycana səfərinin proqramı məlum olub

Bakı. 24 fevral. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfərinin proqramı məlum olub. Diplomatik mənbələrdən "Report"a bildirilib ki, Türkiyə XİN rəhbəri fevralın 24-dən 25-nə keçən gecə Bakıya gələcək. 

Səfər zamanı M.Çavuşoğlu Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək.

Türkiyə XİN rəhbərinin Bakıda Azərbaycan Prezidenti İlham Əliyev, baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri planlaşdırılır. 

Fevralın 26-da M.Çavuşoğlu Azərbaycan rəhbərliyi ilə birgə Xocalı faciəsinin qurbanlarına həsr olunmuş abidəni ziyarət edəcək və ölənlərin xatirəsini yad edəcək.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi