Yuxarı
    Bağlamaq

    ​Türkiyə XİN başçısının Azərbaycana səfərinin tarixi açıqlanıb

    Görüşdə Dağlıq Qarabağ münaqişəsi başda olmaqla bölgədə, dünyada baş verən hadisələr müzakirə ediləcək

    Bakı.19 fevral. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 25-26-da Azərbaycana rəsmi səfər edəcək.

    "Report" "İhlas" Agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Türkiyəli nazirin Azərbaycanda yüksək vəzifəli rəsmilərlə görüşəcəyi nəzərdə tutulub.

    "Görüşdə Türkiyə-Azərbaycan münasibətləri, Dağlıq Qarabağ münaqişəsi başda olmaqla bölgədə, dünyada baş verən hadisələr əhatəli şəkildə müzakirə ediləcək", - nazirlikdən bildirilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi