Türkiyə və Azərbaycanın siyasətçiləri təcrübə mübadiləsi aparacaqlar

Türkiyə və Azərbaycanın siyasətçiləri təcrübə mübadiləsi aparacaqlar Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi YAP nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova ilə Türkiyənin hakim
Xarici siyasət
194
3 İyun , 2021 05:24
Türkiyə və Azərbaycanın siyasətçiləri təcrübə mübadiləsi aparacaqlar

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi YAP nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Təftiş Komissiyasının sədri Ahmet Aydın arasında görüş keçirilib.

"Report"un Türkiyə bürosu xəbər verir ki, görüşdə iki qardaş ölkənin hakim partiyalarının Təftiş komissiyaları arasında təcrübə mübadiləsi, gələcək əməkdaşlığın əsaslarının yaradılması istiqamətində fikir mübadiləsi aparılıb.

Görüş zamanı hər iki qardaş ölkədə böyük nüfuza malik hakim partiyaların bir-birinin peşəkar fəaliyyət təcrübələrini bölüşməsinin, qarşılıqlı əməkdaşlığa da əsaslı töhfə verəcəyi bildirilib.

Son xəbərlər

Orphus sistemi