“Türkiyə və Azərbaycanın “Demokratiya Sammiti”nə dəvət olunmaması qərəzli addımdır” - RƏY

“Türkiyə və Azərbaycanın “Demokratiya Sammiti”nə dəvət olunmaması qərəzli addımdır” - RƏY “Martın 30-da ABŞ-da keçiriləcək “Demokratiya Sammiti”ndə iştirak edəcək ölkələrin seçimi qərəzli və ədalətsizdir”.
Xarici siyasət
25 Mart , 2023 13:36
“Türkiyə və Azərbaycanın “Demokratiya Sammiti”nə dəvət olunmaması qərəzli addımdır” - RƏY

“Martın 30-da ABŞ-da keçiriləcək “Demokratiya Sammiti”ndə iştirak edəcək ölkələrin seçimi qərəzli və ədalətsizdir”.

Bunu “Report”a açıqlamasında pakistanlı ekspert, Pakistan və Azərbaycan Məzunları Assosiasiyasının təsisçisi Kayser Nəvab deyib.

Onun fikrincə, bu tədbirə qatılacaq ölkələrin seçilməsi üçün konkret meyarlar tam aydın deyil.

“Ola bilsin, hansı ölkələrin dəvət olunması müəyyən edilərkən ölkənin demokratik göstəriciləri, insan haqları təcrübəsi və regional sabitlik kimi amillər nəzərə alınıb. Lakin bu halda Türkiyə və Azərbaycanın sammitə dəvət olunmaması açıq şəkildə qərəzlidir. Bundan başqa, qərarların qəbulu prosesində diasporların lobbiçilik səylərinin də rol oynaması da mümkündür”, - pakistanlı ekspert bildirib.

K.Nəvab qeyd edib ki, beynəlxalq ictimaiyyətin regionun bütün ölkələri ilə qarşılıqlı əlaqədə olması vacibdir: “Bu, regional sabitliyin və demokratik dəyərlərin möhkəmlənməsinə töhfə vermək üçün lazımdır”.

“Bəzi ölkələrin “Demokratiya Sammiti”ndə iştirak etməməsi dialoq və əməkdaşlıq üçün əldən verilmiş fürsət kimi qiymətləndirilə bilər. Anlamaq lazımdır ki, Birləşmiş Ştatlar bütün dünyada demokratik dəyərlərin və insan haqlarının inkişaf etdirilməsinin təşviqinə sadiqdir. Bütün ölkələrin bu dəyərləri inkişaf etdirmək və Cənubi Qafqaz regionu üçün daha dinc və firavan gələcəyi təmin etmək üçün birgə işləməsi vacibdir”, - K.Nəvab söyləyib. 

Son xəbərlər

Orphus sistemi