Yuxarı
    Bağlamaq

    Türkiyə səfirliyinin əməkdaşları Bakıda türk əsgərlərin abidəsini ziyarət ediblər

    30 avqust Türkiyədə dövlət bayramı - Zəfər bayramı kimi qeyd olunur

    Bakı. 30 avqust. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı səfirliyi ölkənin dövlət bayramı - Zəfər Bayramını qeyd edib.

    "Report" xəbər verir ki, bu bayramla əlaqədar səfirliyin əməkdaşları Bakıda türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

    Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Sonra isə Türkiyənin Azərbaycandakı səfirinin müavini Meral Barlas abidə önünə əklil qoyub.

    Ardından M.Barlas xatirə kitabına ürək sözlərini yazıb. Çıxışı zamanı xanım diplomat bu günün Türkiyə tarixində şanlı səhifə olduğunu bildirib. O, həmçinin Türkiyənin müstəqilliyi uğrunda vuruşmuş Azərbaycan əsgərinin xidmətlərini də qeyd edib.

    Çıxışından sonra M.Barlas türk əsgərlərinin məzarları üzərinə gül dəstələri qoyub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi