​Türkiyə səfirliyi: Başda Azərbaycan və Türkiyə olmaqla bütün dünyaya sülh, xoşbəxtlik və əmin-amanlıq arzulayırıq

Xarici siyasət
  • 30 dekabr, 2015
  • 08:26
​Türkiyə səfirliyi: Başda Azərbaycan və Türkiyə olmaqla bütün dünyaya sülh, xoşbəxtlik və əmin-amanlıq arzulayırıq

Bakı. 30 dekabr. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı səfirliyi Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edib. "Report"un xəbərinə görə, təbrik mətnində deyilir: "Azərbaycanlı qardaşlarımızın tarixinə və milli-mənəvi dəyərlərinə hörmətin simvolu olan Dünya Azərbaycanlılarının Həmrəylik Gününü təbrik edirik. Başda Azərbaycan və Türkiyə olmaqla bütün dünyaya sülh, xoşbəxtlik və əmin-amanlıq arzulayırıq".