Türkiyə səfirliyi Azərbaycan xalqını Yeni İl münasibətilə təbrik edib

Türkiyə səfirliyi Azərbaycan xalqını Yeni İl münasibətilə təbrik edib Təbrikdə yeni ilin Azərbaycan xalqına sülh və barış gətirməsi arzulanıb
Xarici siyasət
107
29 Dekabr , 2014 17:32
Türkiyə səfirliyi Azərbaycan xalqını Yeni İl münasibətilə təbrik edib

Bakı. 29 dekabr. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı səfirliyi Azərbaycan xalqını Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.

Səfirlikdən "Report"a verilən məlumata görə, diplomatik nümayəndəlik təbrikində yeni ilin Azərbaycan xalqına sülh və barış gətirməsini arzulayıb.

Həmçinin təbrikdə qardaşlıq və dostluq əsaslarına dayanan Azərbaycan-Türkiyə əlaqələrinin yeni ildə daha da dərinləşməsi, iki dövlətin xalqlarının sağlam və rifah içində yaşaması arzu edilib.

Son xəbərlər

Orphus sistemi