Türkiyə səfirliyi: "Qarabağda bayrağın əbədi dalğalanmasını arzu edirik"
Türkiyə səfirliyi: "Qarabağda bayrağın əbədi dalğalanmasını arzu edirik"Türkiyənin Azərbaycandakı səfirliyi 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edib.
"Anım günü münasibəti ilə Qarabağda bayrağın əbədi dalğalanmasını arzu edirik".
“Report” xəbər verir ki, bu, Türkiyənin Azərbaycandakı səfirliyinin 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşımında öz əksini tapıb.
“Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan azərbaycanlı qardaşlarımızın xatirəsini anır, Anım günü münasibəti ilə Qarabağda bayrağın əbədi dalğalanmasını arzu edirik. Qarabağ Azərbaycandır!”, - paylaşımda qeyd olunub.
Qeyd edək ki, bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd olunur.
27 sentyabr- #AnımGünündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan azərbaycanlı qardaşlarımızın əziz xatirəsini ehtiramla yad edir, Qarabağdakı bayrağın əbədi dalğalanmasını arzu edirik.