Bakı. 30 mart. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı səfirliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq başsağlığı verib.
"Report" səfirliyə istindən xəbər verir ki, başsağlığında həmin gün minlərlə insanın erməni və bolşeviklər tərəfindən qətlə yetirildiyi bildirilir.
Türkiyə səfirliyi tarixin birtərəfli qaydada təqdim olunmasına son qoymağa çağırıb:
"Bü cür hadisələrin bir daha təkrarlanmaması üçün 1918-ci ildə baş verənlər araşdırılmalı və müvafiq təzyiqlər göstərilməlidir".
Məlumatda, həmçinin qeyd olunur ki, Türkiyə xalqı həmişə olduğu kimi hər bir şeydə azərbaycanlı qardaşlarının yanında olacaq.