Türkiyə səfiri: “Azərbaycan Ermənistanın sərhəd təxribatına layiqli cavab verib”

Türkiyə səfiri: “Azərbaycan Ermənistanın sərhəd təxribatına layiqli cavab verib” “Azərbaycan Ermənistanın sərhəd təxribatına layiqli cavab verib”.
Xarici siyasət
14 Sentyabr , 2022 11:44
Türkiyə səfiri: “Azərbaycan Ermənistanın sərhəd təxribatına layiqli cavab verib”

“Azərbaycan Ermənistanın sərhəd təxribatına layiqli cavab verib”.

“Report”un xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altunun Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) dəstəyi ilə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmiş “Türkiyə nizamsızlıq çağında sabitləşdirici güc kimi” adlı kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, BMT-nin Azərbaycan torpaqlarının işğalı ilə bağlı 4 qətnaməsı var idi: "Ancaq bu qətnamələr yerinə yetirilmədi. Türkiyənin dəstəyi ilə Azərbaycan BMT qətnamələrini özü icra edərək zəfər qazandı. Bu gün isə Azərbaycan Ermənistanın sərhəd təxribatına, mina basdırmasına layiqli cavab verib. Dəmir yumruq yerindədir”.

Son xəbərlər

Orphus sistemi