Türkiyə səfiri: "20 Yanvarda axıdılan qanlar Qarabağın azad olunması üçün yol açmış oldu"

Xarici siyasət
  • 20 yanvar, 2023
  • 07:56
Türkiyə səfiri: 20 Yanvarda axıdılan qanlar Qarabağın azad olunması üçün yol açmış oldu
Cahid Bağçı

"20 Yanvarda axıdılan qanlar Qarabağın azad olunması üçün də yol açmış oldu".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı deyib.

"20 yanvar hadisələrində şəhid olmuş şəxslərin qanları ilə Azərbaycan suveren və müstəqil dövlətə çevrildi", - səfir bildirib.