Yuxarı

Türkiyə prezidenti İlham Əliyevə başsağlığı verib

Ərdoğan cəbhə xəttində həyatını itirən Azərbaycan əsgərlərinə Allahdan rəhmət diləyib

Bakı. 2 Aprel. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın atəşkəsin pozması nəticəsində Azərbaycan əsgərlərinin şəhid olması ilə əlaqədar dövlət başçısı İlham Əliyevə başsağlığı verib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasındakı mənbələrin məlumatına görə, hazırda Vaşinqtonda səfərdə olan Ərdoğan İlham Əliyevə zəng edib.

Türkiyə prezidenti telefon söhbəti zamanı həyatını itirən Azərbaycan əsgərlərinə Türkiyə xalqı və öz adından Allahdan rəhmət, yaralılara şəfa diləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi