​Türkiyə prezidenti İlham Əliyevə zəng edib

​Türkiyə prezidenti İlham Əliyevə zəng edib Dövlət başçısı Ankarada törədilmiş terror aktını qətiyyətlə pisləyib
Xarici siyasət
18 Fevral , 2016 00:27
​Türkiyə prezidenti İlham Əliyevə zəng edib

Bakı. 18 fevral. REPORT.AZ/ Fevralın 17-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevə telefonla zəng edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, o, Ankarada baş vermiş terror aktı ilə bağlı Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün fevralın 18-də Bakıya gələ bilməyəcək.

Dövlət başçısı Ankarada törədilmiş terror aktını qətiyyətlə pisləyib, həlak olanların ailə üzvlərinə, Prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, faciə qurbanlarına Allahdan rəhmət diləyib.

Prezidentlər Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının keçirilməsinin vaxtını bir qədər sonra müəyyənləşdirmək barədə razılığa gəliblər.

Son xəbərlər

Orphus sistemi