Yuxarı

​Türkiyə prezidenti Azərbaycana fevralın 18-də səfər edəcək

Səfər zamanı bir sıra sənədlərin imzalanması gözlənilir

Bakı. 14 fevral. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana fevralın 18-də səfər edəcək.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının mətbuat mərkəzi məlumat yayıb.

Səfər zamanı Gəncədə Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin sədrliyi ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək. İclas çərçivəsində ikitərəfli münasibətlərin və əməkdaşlığın müxtəlif aspektlərinin inkişafı nəzərdən keçiriləcək. Bununla yanaşı Dağlıq Qarabağ münaqişəsi, regionda və dünyada baş verən hadisələrin gedişatı müzakirə olunacaq.

Eyni zamanda, iki ölkə arasında bir sıra sənədlərin imzalanması gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi