Türkiyə parlamenti sədrinin Azərbaycana səfəri planlaşdırılıb

Türkiyə parlamenti sədrinin Azərbaycana səfəri planlaşdırılıb Səfir: "Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli görüşünə hazırlıq görülür"
Xarici siyasət
7 Noyabr , 2016 16:21
Türkiyə parlamenti sədrinin Azərbaycana səfəri planlaşdırılıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəmanın Azərbaycana səfəri planlaşdırılıb.

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Onun sözlərinə görə, türkiyəli spikerin dekabr ayında TürkPA yeni binasının açılış mərasimində iştirakı gözlənilir.

Səfir Türkiyə-Azərbaycan-Rusiya arasında üçtərəfli görüşlə bağlı məsələni də şərh edib: "Bununla bağlı hazırlıqlar davam edir".

Son xəbərlər

Orphus sistemi