Bakı. 7 noyabr. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəmanın Azərbaycana səfəri planlaşdırılıb.
"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Onun sözlərinə görə, türkiyəli spikerin dekabr ayında TürkPA yeni binasının açılış mərasimində iştirakı gözlənilir.
Səfir Türkiyə-Azərbaycan-Rusiya arasında üçtərəfli görüşlə bağlı məsələni də şərh edib: "Bununla bağlı hazırlıqlar davam edir".