Türkiyə parlamentində 20 Yanvar şahidlərinin xatirəsi anılıb 

Türkiyə parlamentində 20 Yanvar şahidlərinin xatirəsi anılıb  Türkiyə Böyük Millət Məclisinin bu gün keçirilən iclasında 20 Yanvar şahidlərinin xatirəsi anılıb.
Xarici siyasət
20 Yanvar , 2022 17:39
Türkiyə parlamentində 20 Yanvar şahidlərinin xatirəsi anılıb 
0 : 00
0 : 00

Türkiyə Böyük Millət Məclisinin bu gün keçirilən iclasında 20 Yanvar şahidlərinin xatirəsi anılıb.

“Report”un xəbərinə görə, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Şamil Ayrım 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələr barədə danışıb.

O qeyd edib ki, həmin gecə Sovet imperiyasının tankları Azərbaycan paytaxtında günahsız insanları hədəf alıb: “Sovet tankları uşaq, qadın, yaşlılar da daxil olmaqla hamıya atəş açırdılar. Nəticədə yüzlərlə insan ölüb və yaralanıb. Can azərbaycanlı qardaşlarımızın dediyi kimi, Qanlı yanvar bizim üçün də qanlı bir gündür.

20 Yanvar Azərbaycanın müstəqillik yolunda dönüş nöqtələrindən biridir. 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini elan etdi və müstəqilliyi tanıyan ilk ölkə də Türkiyə oldu. Bu region çətinliklərlə dolu regiondur. Azərbaycan Cənubi Qafqazın, Türkiyə isə Avropanın parlayan ulduzudur. İki ölkə arasındakı münasibətlərin hər dəqiqə daha da yaxşılaşdığını bütün dünya ölkələri görür”.

Deputat 20 Yanvarın 32-ci ildönümü ilə əlaqədar Azərbaycan və Türkiyə xalqlarına başsağlığı verib, şəhidlərə Allahdan rəhmət diləyib.

O, hadisələri törədənləri şiddətlə qınayıb.

Son xəbərlər

Orphus sistemi