Türkiyə Müdafiə Nazirliyi 1918-ci il soyqırımı qurbanlarını anıb
- 31 mart, 2025
- 13:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin Milli Müdafiə Nazirliyi 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktının qurbanlarının xatirəsini ehtiramla yad edib.
“Report” xəbər verir ki, qurum müvafiq paylaşımı “X” sosial şəbəkəsindəki səhifəsində edib.
“107 il əvvəl azərbaycanlı qardaşlarımız erməni quldur dəstələri tərəfindən amansız soyqırımına məruz qalıb. Onların xatirəsini dərin ehtiramla yad edir, dost və qardaş Azərbaycan xalqının kədərini səmimi qəlbdən bölüşürük”, - paylaşımda deyilir.
107 yıl önce Ermeni çeteleri tarafından acımasızca soykırıma uğrayan Azerbaycan Türkü kardeşlerimizi rahmetle anıyor, dost ve kardeş Azerbaycan halkının acısını gönülden paylaşıyoruz. #TekMilletİkiDevlet #MillîSavunmaBakanlığı pic.twitter.com/eN0GK1rDDF
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) March 31, 2025