Türkiyə MN: "Qarabağ zəfəri azərbaycanlı qardaşlarımızda dirçəliş ruhunun nə qədər güclü olduğunu göstərdi"
- 17 noyabr, 2022
- 08:40
Yeniliklərdən dərhal xəbərdar olun!
“32 ildən sonra qardaşlarımız Qarabağda böyük bir zəfər qazandı və dirçəliş ruhunun nə qədər güclü olduğunu göstərdilər”.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Nazirlik 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə tviterdə paylaşım edib və Azərbaycan xalqını təbrik edib.
“34 il əvvəl qardaş Azərbaycan xalqının başlatdığı Milli Dirçəliş Günü müstəqillik hərəkatının dönüş nöqtəsi oldu.
Azərbaycan türkü qardaşlarımızın 17 noyabr - Milli Dirçəliş Gününü təbrik edirik. “Bir millət iki dövlət” prinsipi ilə qardaşlarımızla daim bir və bərabər olmağa davam edəcəyik”, - təbrikdə bildirilib.
34 yıl önce kardeş #Azerbaycan halkının başlattığı Millî Direniş Günü, bağımsızlık hareketinin önemli bir dönüm noktası olmuştu. Aradan geçen 32 yıl sonra ise kardeşlerimiz #Karabağ’da büyük bir zafer kazanmış ve #diriliş ruhunun ne denli canlı olduğunu göstermişti.#MSB pic.twitter.com/FZkY1GMERM
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) November 17, 2022