Türkiyə MN: “Heydər Əliyev qardaşlığımızı bütün dünyaya çatdırdı”

Türkiyə MN: “Heydər Əliyev qardaşlığımızı bütün dünyaya çatdırdı” Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı paylaşım edib.
Xarici siyasət
12 dekabr 2022 12:03
Türkiyə MN: “Heydər Əliyev qardaşlığımızı bütün dünyaya çatdırdı”

Türkiyənin Milli Müdafiə Nazirliyi müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı tviterdə paylaşım edib.

“Report” xəbər verir ki, paylaşımda deyilir:

“Biz bir millət, iki dövlətik” deyərək qardaşlığımızı bütün dünyaya çatdıran Can Azərbaycanın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini vəfatının 19-cu ildönümündə hörmət və ehtiramla yad edirik”.

Son xəbərlər

Orphus sistemi