Azərbaycanla Türkiyə kosmos və aviasiya sektorlarında ortaq işlərini artırmağa yönəlmiş layihələrini tətbiq etməyə başlayır.
"Report"un “Haber Global”a istinadən verdiyi məlumata əsasən, Azərbaycan Kosmik Agentliyi (Azərkosmos) ilə Gökmən Kosmos Aviasiya Təhsil Mərkəzi (GUHEM) arasında imzalanan "Startech" əməkdaşlıq haqqında sazişə uyğun olaraq Azərbaycanın altı universitetindən olan gənclərdən ibarət 26 nəfərlik heyət Bursa, Ankara və İstanbulda müdafiə və texnologiya sahəsində aparıcı şirkətləri ziyarət edib.
Azərkosmos nəzdində KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov Azərbaycan və Türkiyənin bu sahədə əməkdaşlığının vacib olduğunu deyib:
"Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq çox önəmlidir. Tələbələr, universitetlər, şirkətlər bir-birini tanıma imkanı tapır, milli kosmik ekosistemin qurulması üçün bilik və təcrübə əldə edirlər".