Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana səfərə gəlib

Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana səfərə gəlib O, səfər çərçivəsində dövlət rəsmiləri ilə görüşəcək
Xarici siyasət
28 Avqust , 2018 21:18
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana səfərə gəlib

Bakı. 28 avqust. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın Azərbaycana səfəri başlayıb.

"Report" xəbər verir ki, ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Binəli Yıldırımı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.

B.Yıldırım Azərbaycana səfəri çərçivəsində dövlət rəsmiləri ilə görüşəcək, iki ölkə arasında olan mövcud münasibətləri müzakirə edəcək.

Qeyd edək ki, bu, onun parlament rəhbəri kimi Azərbaycana ilk səfəridir. 

Son xəbərlər

Orphus sistemi