​Türkiyə Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq edəcək

​Türkiyə Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq edəcək Bu rejim 2016-cı ilin iyunundan qüvvəyə minəcək
Xarici siyasət
2105
7 Yanvar , 2016 15:54
​Türkiyə Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq edəcək

Bakı. 7 yanvar. REPORT.AZ/ Türkiyə 89 ölkənin vətəndaşlarına viza rejimi tətbiq edəcək.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, viza rejimi tətbiq ediləcək dövlətlər arasında Azərbaycanla yanaşı, Gürcüstan, İran, Qazaxıstan, Qırığızıstan, Türkmənistan, Rusiya, Tacikistanın da adları var.

Məlumata görə, viza rejimi 2016-cı ilin iyunundan tətbiq ediləcək.

Qeyd edək ki, viza rejiminin tətbiqi Avropa İttifaqının Türkiyə qarşısında qoyduğu tələblərdəndir. 

Son xəbərlər

Orphus sistemi