Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Bakıda səfərdədir

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Bakıda səfərdədir Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycana gəlib
Xarici siyasət
234
17 May , 2021 14:38
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Bakıda səfərdədir
Cahit Bağçı və Şamil Ayrım

Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım Bakıya səfərə gəlib.

“Report” xəbər verir ki, o, səfər çərçivəsində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb.

"Bu gün Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrımla görüşdüm. Görüşümüz çox məhsuldar keçdi", - diplomat vurğulayıb.

Ş.Ayrım həmçinin, Azərbaycan Milli Məclisinin Türkiyə parlamenti ilə Dostluq Qrupunun rəhbəri, deputat Əhliman Əmiraslanovla da görüşüb. Görüşdə iki ölkə arasındakı əlaqələrin hazırki vəziyyəti və inkişaf perespektivləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi