Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Azərbaycan xalqını təbrik edib

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Azərbaycan xalqını təbrik edib "Bu yeni ilin azərbaycanlı qardaşlarıma bol-bol bərəkət və xoşbəxtlik gətirməsini arzu edirəm"
Xarici siyasət
18 Mart , 2015 21:30
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Azərbaycan xalqını təbrik edib

Bakı. 18 mart. REPORT.AZ/ Türkiyə-Azərbaycan Parlamentlararası Dostluq Qrupunun sədri, professor Nəcdət Ünüvar Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib.

"Report"un xəbərinə görə, təbrik məktubunda deyilir:

"Dost və Qardaş Azərbaycanın Novruz Bayramını təbrik edirəm.

Novruz baharın gəlişini qeyd etdiyimiz baharın ilk günüdür. Bütün Türk cəmiyyətində keçmişdən günümüzə qədər gələn əhəmiyyətli günlər arasındadır. Azərbaycan xalqının özünə xas olan ən böyük bayramıdır. Əslində Novruz təbiətin oyanışıdır, təbiətin yuxudan oyanması ilə təbiət dəyişir, yaşam dəyişir.

Bu yeni ilin azərbaycanlı qardaşlarıma bol bol bərəkət və xoşbəxtlik gətirməsini arzu edirəm".

Son xəbərlər

Orphus sistemi