Yuxarı

​Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti vəzifəsinə Günay Əfəndiyevanın namizədliyi irəli sürüləcək

Prezident İlham Əliyev “Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” sərəncam imzalayıb

Bakı. 7 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev “Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” sərəncam imzalayıb. “Report”un xəbərinə görə, sərəncamla Nazirlər Kabinetinə Türk Mədəniyyəti və İrsi Fondunun strukturunu və işçilərinin say həddini bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi tapşırılıb. Bundan başqa, Nazirlər Kabineti Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin təşkili ilə bağlı bina, nəqliyyat və maddi-texniki təminat məsələlərini iki ay müddətində həll etməlidir.

Xarici İşlər Nazirliyinə isə Azərbaycan tərəfinin Türk Mədəniyyəti və İrsi Fondunda iştirakı üzrə hər maliyyə ili üçün məcburi pay ödənişinin məbləği barədə təklifini Maliyyə Nazirliyi ilə birlikdə hazırlayıb Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasına təqdim etmək, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti vəzifəsinə namizədliyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olan dövlətlər tərəfindən təsdiq edilmiş Günay Elçin qızı Əfəndiyevanın həmin vəzifəyə təyin olunması ilə bağlı təklifi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Dövlət Başçıları Şurasına təqdim etmək tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi