Türk Mədəniyyəti Fondu Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib
Türk Mədəniyyəti Fondu Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edibBeynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.
"Report" xəbər verir ki, bu barədə Fondun “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Bu gün Müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində əldə edilən Zəfərin 4-cü ildönümü qeyd olunur. Türk Mədəniyyəti və İrsi Fondu qalib xalqı Zəfər günü münasibətilə təbrik edir, Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin daimi olmasını diləyir!”, - paylaşımda qeyd olunub.
Bu gün Müzəffər Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində əldə edilən Zəfərin 4-cü ildönümü qeyd olunur. Türk Mədəniyyəti və İrsi Fondu Qalib xalqı Zəfər günü münasibətilə təbrik edir, Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin daimi olmasını diləyir! pic.twitter.com/qKkeo8idkY
— Turkic Culture & Heritage Foundation (@_TCHF) November 8, 2024