Tramp Azərbaycan, Gürcüstan və digər ölkələrdə mehmanxana tikintisi planlarını ləğv edib

Tramp Azərbaycan, Gürcüstan və digər ölkələrdə mehmanxana tikintisi planlarını ləğv edib Bu layihələr onun prezident reputasiyasına mənfi təsir edə bilər
Xarici siyasət
17 Dekabr , 2016 07:54
Tramp Azərbaycan, Gürcüstan və digər ölkələrdə mehmanxana tikintisi planlarını ləğv edib

Bakı. 17 dekabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın baş direktoru olduğu "The Trump Organization" Azərbaycanda mehmanxana tikintisi üzrə sazişi ləğv edib və Gürcüstandkıa layihə barəsində analoji addım planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" xəbər verib.

Agentliyin məlumatına görə, Tramp şirkətinin belə addımı onun tezliklə prezident kimi yüksək vəzifənin icrasına başlaması ilə bağlıdır.

Milyarderin hər iki xarici layihəsi siyasi fiqurlarla bağlıdır və prezident reputasiyasına mənfi təsir edə bilər.

"The Trump Organization" həmçinin bu həftə Braziliyada mehmanxana tikintisi üzrə sazişi də ləğv ediv. Tramp bundan əvvəl isə Səudiyyə Ərəbistanındakı şəxsi şirkətlərini bağlayıb.

Son xəbərlər

Orphus sistemi