ABŞ-ın
“Report”un xəbərinə görə, “Townhall” saytı hesab edir ki, ABŞ bütün dünyada soyqırımı faktlarının aşkar edilməsi və mühakimə edilməsi sahəsində böyük nailiyyətlər əldə edib və eynən Xocalı faciəsi də tanınmağa və qınanmağa layiqdir.
Nəşr qeyd edib ki, dünyadakı istənilən soyqırımını müzakirə edərkən şərhçilər əksər hallarda rəqəmlərə köklənirlər, lakin soyqırımının mənası rəqəmlərdə deyil:
“Soyqırımının meyarı say deyil, əxlaq və tərzdir”.
SSRİ-nin dağılmasından sonra Ermənistan və Azərbaycan arasında Azərbaycanın Qarabağ bölgəsindəki qarşıdurma postsovet məkanında ilk və ən şiddətli münaqişəyə çevrilib:
“Bölgədə terror hökm sürüb, kulminasiyası isə Xocalı qətliamı olub. Bu həftə bu vəhşiliyin 30-cu ildönümü tamam olur... Biz utanırıq ki, o vaxt dünya bunu layiqincə tanıya bilmirdi və öz növbəsində, bu terror aktını törədənlərə cəzadan yayınmağa icazə verdi”.
“Townhall” qeyd edib ki, yaddaşlarda hələ də canlı qalan travmalara baxmayaraq, hər iki ölkə indi yavaş-yavaş sülh nizamlanmasına doğru irəliləyir. Amma bu yolda ciddi maneələr qalmaqdadır. Bu, həm də dünyanın sözügedən faciəni görməzdən gəlməsidir:
“Sülhün təmin olunmasına dəstək olmaq istəyi varsa, keçmişdə törədilən cinayətləri qəbul edərək bu maneələri aradan qaldırmaq üçün öz məsuliyyətimizi dərk etməliyik”.