Tomas Qolts ADA Universitetinin fəxri doktoru oldu

Tomas Qolts ADA Universitetinin fəxri doktoru oldu Məşhur amerikalı jurnalist, müəllif, analitik Tomas Qolts Bakıda ADA Universitetinin fəxri doktoru adına layiq görülüb.
Xarici siyasət
13 Fevral , 2020 17:28
Tomas Qolts ADA Universitetinin fəxri doktoru oldu
Report

Məşhur amerikalı jurnalist, müəllif, analitik Tomas Qolts Bakıda ADA Universitetinin fəxri doktoru adına layiq görülüb.

“Report” xəbər verir ki, tədbirin açılışında çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev Tomas Qoltsun Qara və Xəzər dənizləri bölgələrinin tədqiqatçsı, region ölkələrinin mədəniyyətini, siyasətini və iqtisadiyyatını yaxşı bilən şəxs olduğunu söyləyib.

“Onun “Azərbaycan gündəliyi” kitabı 90-cı illərdəki vəziyyət və hadisələrdən bəhs edir. O, Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan torpaqlarının işğalına, qaçqın və məcburi köçkünlərə diqqət ayırıb. O həmçinin Xocalıda baş verən faciəni də təsvir edib”, - H.Paşayev bildirib.

Onun sözlərinə görə, T.Qolts Azərbaycanın yaxın dostudur.

Rektor qeyd edib ki, amerikalı jurnalist Azərbaycanın və onun mədəniyyətinin təbliğinə, ABŞ və Azərbaycan xalqları arasında əlaqələrin qurulmasına verdiyi mühüm töhfələrə görə doktor adına layiq görülüb.

“O, ölkəmiz və ABŞ üçün çox şey edib”, - rektor deyib.

Öz növbəsində, T.Qolts Azərbaycanın 90-cı illərdən bəri çox dəyişdiyini qeyd edib: “Azərbaycan sürətlə inkişaf etməyə davam edir”.

Son xəbərlər

Orphus sistemi