Tokayev: Füzulidəki Uşaq Yaradıcılıq Mərkəzi Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığı gücləndirəcək

Tokayev: Füzulidəki Uşaq Yaradıcılıq Mərkəzi Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığı gücləndirəcək Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı Azərbaycan və Qazaxıstan arasında hərtərəfli əlaqələrin möhkəmlənməsinə fayda verəcək.
Xarici siyasət
12 Mart , 2024 14:40
Tokayev: Füzulidəki Uşaq Yaradıcılıq Mərkəzi Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığı gücləndirəcək

Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı Azərbaycan və Qazaxıstan arasında hərtərəfli əlaqələrin möhkəmlənməsinə fayda verəcək.

“Report” "Akorda"ya (Qazaxıstan Prezident Administrasiyası) istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Füzuli sakinləri ilə söhbətində deyib.

“Bu, Qazaxıstan xalqı adından bizim hədiyyəmizdir. Hesab edirəm ki, bu obyekt, şübhəsiz ki, ölkələrimiz arasında hərtərəfli əlaqələrin möhkəmlənməsinə xidmət edəcəkdir. Sizə uğurlar və firavanlıq arzulayıram. Şübhə yoxdur ki, Azərbaycanın bu müqəddəs bölgəsi güclü inkişaf yolu keçəcəkdir”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi