BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycan dövlətinin və onun diplomatiyasının böyük tarixi nailiyyətidir.
“Report” Akordaya (Qazaxıstan Prezident Administrasiyası) istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Bakıda keçirilən Azərbaycan və Qazaxıstan Ali Dövlətlərarası Şurasının 1-ci iclasında deyib.
Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət səviyyəsi kifayət qədər yüksəkdir: “COP29-da iştirak dəvətini böyük minnətdarlıq hissi ilə qəbul edirəm. Sammit mövcud iqlim problemlərinin həlli və qlobal əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Bakı bu işin öhdəsindən sözsüz ki, gələcək”.