Tokayev Bakı və İrəvanın Almatıda XİN rəhbərləri səviyyəsində görüşə razılıq vermələrini alqışlayıb

Tokayev Bakı və İrəvanın Almatıda XİN rəhbərləri səviyyəsində görüşə razılıq vermələrini alqışlayıb Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqların Almatıda keçirilməsinə dair razılığın əldə olunmasını alqışlayıram.
Xarici siyasət
1 May , 2024 12:14
Tokayev Bakı və İrəvanın Almatıda XİN rəhbərləri səviyyəsində görüşə razılıq vermələrini alqışlayıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakı və İrəvanın Almatıda XİN rəhbərləri səviyyəsində görüşə razılıq vermələrini alqışlayıb.

Bu barədə “Report” “Sputnik”ə istinadən xəbər verir.

Qazaxıstan Prezidenti bu görüşün 1991-ci ildə tarixi deklarasiyanın imzalandığı Almatı şəhərində baş tutacağını rəmzi adlandırıb.

“1991-ci ildə MDB ölkələrinin inkişafının əsasını qoyan deklarasiyanın imzalandığı Almatı şəhərində belə bir görüşün keçirilməsi rəmzidir”, - o deyib.

Son xəbərlər

Orphus sistemi