Toivo Klaar: Sülh sazişi Azərbaycan və Ermənistanda gələcək nəsillərin rifahı üçün düşmənçilik səhifəsini çevirməyə kömək edəcək

Toivo Klaar: Sülh sazişi Azərbaycan və Ermənistanda gələcək nəsillərin rifahı üçün düşmənçilik səhifəsini çevirməyə kömək edəcək Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması iki ölkəyə və bütün regiona çox böyük təsir göstərəcək, qarşılıqlı ticari və iqtisadi imkanların avtomatik olaraq artacağı tamamilə yeni situasiya yaradacaq.
Xarici siyasət
24 İyun , 2024 15:40
Toivo Klaar: Sülh sazişi Azərbaycan və Ermənistanda gələcək nəsillərin rifahı üçün düşmənçilik səhifəsini çevirməyə kömək edəcək

Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması iki ölkəyə və bütün regiona çox böyük təsir göstərəcək, qarşılıqlı ticari və iqtisadi imkanların avtomatik olaraq artacağı tamamilə yeni situasiya yaradacaq.

Bunu “Report”a müsahibəsində Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.

O qeyd edib ki, Azərbaycan və Ermənistan əhalisi ilk dəfə olaraq öz gələcəklərinə fərqli baxmaq imkanı əldə edəcəklər:

“Sülh Aİ-nin regionda necə fəaliyyət göstərə biləcəyinə də təsir edəcək, çünki bu, bizə hər üç Cənubi Qafqaz ölkəsi daxil olmaqla daha çox regional əməkdaşlıqda iştirak etməyə imkan verəcək. Biz əvvəl də dediyimiz kimi, Aİ tərəflər arasında razılaşmalardan asılı olaraq regional əlaqə və nəqliyyata xüsusi diqqət yetirməklə, müxtəlif alətlər vasitəsilə bütün sektorlarda sülhün yaratdığı əlverişli imkanları dəstəkləməyə hazırıq”.

Onun sözlərinə görə, eyni zamanda sülh Azərbaycan və Ermənistanı digər birbaşa xarici investisiyalar üçün də cəlbedici edəcək.

T.Klaar vurğulayıb ki, bütövlükdə, sülh həm dövlətlərin, həm də sadə ermənilərin və azərbaycanlıların qarşılıqlı əlaqə və əməkdaşlıqdan bəhrələnə biləcəyi yeni mühit yaradacaq ki, bu da onların bir-birini yenidən tanımasına imkan verəcək.

“Bu, Azərbaycan və Ermənistanda gələcək nəsillərin rifahı üçün düşmənçilik səhifəsini birdəfəlik çevirməyə kömək edəcək”, - o deyib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi