“Azərbaycan Qazaxıstanın Cənubi Qafqaz regionunda əsas və perspektivli tərəfdaşıdır”.
"Report" xəbər verir ki, bunu Qazaxıstanın Baş nazirinin müavini, ticarət və inteqrasiya naziri Serik Jumanqarin Bakıda keçirilən Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 19-cu iclasında deyib.
O qeyd edib ki, Azərbaycan Prezidentinin Qazaxıstana səfərinə hazırlıq çərçivəsində keçirilən bu tədbir ikitərəfli əməkdaşlığın inkişafına yeni təkan verəcək.
Qazaxıstanın ticarət naziri son bir ildə ölkələr arasında ticarət dövriyyəsinin 39 % artdığını, bununla belə, gələcək inkişaf üçün potensialın olduğunu vurğulayıb.
"Azərbaycan bazarı Qazaxıstan üçün xüsusi maraq kəsb edir", - Serik Jumanqarin bildirib.