TDT: Xocalı qurbanlarını ehtiramla yad edir, Azərbaycana dəstəyimizi vurğulayırıq

TDT: Xocalı qurbanlarını ehtiramla yad edir, Azərbaycana dəstəyimizi vurğulayırıq Xocalı faciəsində həyatını itirənlərin xatirəsini ehtiramla yad edir, qardaş Azərbaycan xalqına və hökumətinə fasiləsiz dəstəyimizi bir daha vurğulayırıq
Xarici siyasət
25 Fevral , 2024 21:29
TDT: Xocalı qurbanlarını ehtiramla yad edir, Azərbaycana dəstəyimizi vurğulayırıq

Xocalı faciəsində həyatını itirənlərin xatirəsini ehtiramla yad edir, qardaş Azərbaycan xalqına və hökumətinə davamlı dəstəyimizi bir daha vurğulayırıq

“Report” xəbər verir ki, bu, Türk Dövlətləri Təşkilatının (TDT) “X” sosial şəbəkəsində Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Azərbaycana dəstək paylaşımında yer alıb.

“Bu gün Azərbaycan tarixində çox faciəvi hadisə olan Xocalı soyqırımının 32-ci ildönümüdür. Bu dəhşətli hadisə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə hücumu zamanı baş verib. Bu dəhşətli hadisə qəlbimizi dərindən sarsıdarkən, bu hücumda həyatını itirənlərin xatirəsini ehtiramla yad edir və qardaş Azərbaycan xalqına və hökumətinə davamlı dəstəyimizi bir daha vurğulayırıq”, - təşkilat vurğulayıb.

Son xəbərlər

Orphus sistemi