TDƏŞ-in xarici işlər nazirlərinin növbəti iclası keçiriləcək

TDƏŞ-in xarici işlər nazirlərinin növbəti iclası keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin xarici işlər nazirlərinin növbəti iclası Türkiyənin İstanbul şəhərində keçiriləcək.
Xarici siyasət
27 Sentyabr , 2021 01:14
TDƏŞ-in xarici işlər nazirlərinin növbəti iclası keçiriləcək

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin xarici işlər nazirlərinin növbəti iclası Türkiyənin İstanbul şəhərində keçiriləcək.

“Report” xəbər verir ki, iclas 27 sentyabrda baş tutacaq.

İki gün davam edəcək iclasda üzv dövlətlərin təhlükəsizliyinin təmin edilməsi və regional iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də Əfqanıstandakı vəziyyət müzakirə ediləcək.

Qeyd edək ki, 16 sentyabr 2010-cu il tarixində Türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçirilən 10-cu zirvə toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması haqqında qərar qəbul edilib.

Quruma üzv dövlətlər arasında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan isə müşahidəçi dövlət qismində təmsil olunur.

Son xəbərlər

Orphus sistemi