TBMM sədri: "Türkiyə bundan sonra da ŞKTC və Azərbaycanla birlikdə hərəkət edəcək"

TBMM sədri: "Türkiyə bundan sonra da ŞKTC və Azərbaycanla birlikdə hərəkət edəcək" “Məqsədimiz Türk dünyasının beynəlxalq arenada daha da güclənməsinə xidmət etməkdir”.
Xarici siyasət
12 İyul , 2023 11:20
TBMM sədri: Türkiyə bundan sonra da ŞKTC və Azərbaycanla birlikdə hərəkət edəcək
Numan Kurtulmuş

“Məqsədimiz Türk dünyasının beynəlxalq arenada daha da güclənməsinə xidmət etməkdir”.

“Report” xəbər verir ki, bunu Bakıda jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş deyib.

“Türkiyədə bütün rəsmilər ilk səfərlərini Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) və Azərbaycana edirlər. Dünən ŞKTC-yə səfər etdik. Türkiyə ŞKTC və Azərbaycanla Mavi Vətən layihəsi də daxil olmaqla, digər bütün siyasi layihələrdə bundan sonra da birlikdə hərəkət edəcək”, - o əlavə edib.

N.Kurtulmuş vurğulayıb ki, Türkiyə hər sahədə gücünü artıraraq son dərəcə güclü bir ölkə kimi dost və qardaş ölkələrlə bir yerdə daha da inkişaf edəcək:

“Bu səfərimizin başqa bir mənası türk dövlətləri ilə münasibətlərimizin inkişaf etdirilməsinin daha bir mesajıdır”.

Son xəbərlər

Orphus sistemi